Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 443,7 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artıb.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 46,5%, neft koksunun istehsalı 45,8%, avtomobil benzininin istehsalı 31,1%, qazoylların (dizel yanacağının) istehsalı 26,1% artıb.
Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 43,2%, mazut istehsalı isə 91,5% azalıb.