BİZNES

15 May

Qazaxıstanın Azərbaycanın qeyri-neft məhsullarına tələbi 2 dəfə artıb

Azərbaycan bu ilin yanvar-mart aylarında Qazaxıstana 27,5 milyon dollar dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin bundan qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə və ya 17,2 milyon dollar artıb.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycanın Qazaxıstana qeyri-neft məhsullarının ixracından qazancı 10,3 milyon dollar dəyərində olub.