BİZNES

15 May

Azərbaycana bu ilin yanvar-mart aylarında idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb

Azərbaycana bu ilin yanvar-mart aylarında idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə dəyəri 7,4 milyon dəyərində balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.

Hesabat dövründə ölkənin balıq və dəniz məhsulları ixracı isə 541 min dollar dəyərində olub. Bu da ötən ilin eyni dövrünə görə 3.5 dəfə çoxdur.