BİZNES

15 May

Azərbaycanda mis idxalı artıb

Azərbaycan bu ilin yanvar-mart aylarında 6.2 milyon ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43.2% azdır.

Hesabat dövründə Azərbaycanın mis və ondan hazırlanan məmulatlarının idxalı 8.7 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 88.8% çoxdur.

Bu dövrdə mis və ondan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 0,22%-ni, ixracı isə ümumi ixracın 0,08%-ni təşkil edib.