BİZNES

15 May

Birinci rübdə Azərbaycan Özbəkistandan 219 min dollarlıq mebel idxal edib

Bu ilin yanvar-mart aylarında Özbəkistan 14 xarici ölkəyə 2,1 milyon dollar dəyərində mebel məhsulları tədarük edib.

Fins.az bu ölkənin Statistika Agentliyinə istinadla xəbər verir ki, Özbəkistandan Azərbaycana 219 min dollarlıq mebel ixrac olunub.

Birinci rübdə Özbəkistandan mebel ixracına Rusiya (582 min dollar) liderlik edib. Üç ayda Tacikistan 435 min dollarlıq, Qazaxıstan 385 min dollarlıq, Qırğızıstan 300 min dollarlıq, Almaniya 28,3 milyon dollarlıq mebel idxal edib.