Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 16 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% çoxdur.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 527,4 manat və yaxud 1 il əvvələ nisbətən 83,8 manat çox vəsait xərcləyib.
Leyla Fikrətqızı
Fins.az