BİZNES

11 May

Azərbaycanın alkoqollu içki ixracından qazancı 7 dəfəyədək artıb

Azərbaycandan bu ilin yanvar-mart aylarında 13,3 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ixracın dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,4 milyon dollar və ya 6,9 dəfə artıb.

Hesabat dövründə, bu məhsul kateqoriyası üzrə ölkəyə idxalın dəyəri 18,5 mln. dollar təşkil edib ki, bu da 2022-ci ilin ilk 3 ayının göstəricisindən 40,3% çoxdur.