BİZNES

11 May

“Buraxılış kartı” alan nəqliyyat vasitələrinin sayı 5863-dür

Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqindən bir ay ötür. Bu vaxta kimi “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” almaq üçün 934 daşıyıcı 6128 nəqliyyat vasitəsilə müraciət edib. Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan 889 daşıyıcıya “Buraxılış vəsiqəsi” təqdim olunub.

Fins.az xəbər verir ki, “Buraxılış kartı” alan nəqliyyat vasitələrinin sayı isə 5863-dür.

Qaydaların təsdiq edildiyi 2022-ci il 8 aprel tarixindən tətbiqinə başlanıldığı günədək daşıyıcılarla mütəmadi görüşlər keçirilib və onlara beynəlxalq yük daşımalarını həyata keçirmək üçün tələb olunan sənədlər və prosedurlar barədə ətraflı məlumat verilib, sənədləri toplamaları üçün köməklik göstərilib.

Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” “Bakı KOB evi”ndə təqdim olunur. Hüquqi və fiziki şəxslər buraxılış vəsiqələrini təqdim edərək istənilən “İcazə” blanklarını “KOB evləri”ndə əldə edə bilərlər.