BİZNES

11 May

Azərbaycan alma satışından qazancı 2 dəfə artıb

Azərbaycandan bu ilin yanvar-mart aylarında 14,3 milyon ABŞ dolları məbləğində 22,2 min ton alma ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7 milyon dollar və ya 2 dəfə çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 7,2 milyon ABŞ dolları dəyərində 11,1 min ton alma ixrac edib.

Zəminə Hüseyn
Fins.az