BİZNES

11 May

Peyklərlə bağlı Azərbaycanın xaricdən heç bir asılılığı yoxdur - Saməddin Əsədov

Kosmik fəaliyyət Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı kommersiya məqsədləri daşıyır.

Fins.az bildirir ki, bunu Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Kosmik fəaliyyət haqqında" haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Əsədov vurğulayıb ki, Azərbaycanın peyklərinin sayı artırılacaq:

“Azərbaycanın, Gürcüstanın bütün televiziya kanalları Azərbaycan peykləri vasitəsilə ilə yayımlanır. Bu gün peyklərlə bağlı Azərbaycanın xaricdən heç bir asılılığı yoxdur”.

Fuad Mədətov
Fins.az