Azərbaycan bu ilin birinci rübündə İtaliyaya 16.7 milyon dollar dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36.7% azdır.
Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycanın qeyri-neft məhsullarının İtaliyaya ixracı 26.3 milyon dollar dəyərində olub.