BİZNES

11 May

Azərkosmos indiyə qədər 515 milyon manat gəlir əldə edib - AÇIQLAMA

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 13-cü və 23-cü bəndlərinə uyğun olaraq ölkədə kosmik fəaliyyət qanunla tənzimlənəcək.

Fins.az xəbər verir ki, bununla bağlı “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 11-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirə zamanı Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, 2013-cü ildən etibarən fəaliyyətə başladığı dövrdən indiyə qədər Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) 515 milyon manat gəlir əldə edib.

S.Əsədov qeyd edib ki, gəlirlərin 90 faizi xaricdən formalaşıb:

“Xidmətlər dollar və avro ilə göstərilib. Biz ölkəyə xarici valyuta axınına dəstək olmuşuq. Kosmik sahə gəlirli, öz xərcini qaytaran sahə hesab olunur”.

Fuad Mədətov
Fins.az