BİZNES

11 May

Azərbaycan banklarının özəl sektora kredit qoyuluşu 2025-ci ilə kimi artacaq

Azərbaycan banklarının özəl sektora kredit qoyuluşu 2025-ci ilə kimi artacaq.

Fins.az xəbər verir ki, bu barədə "SP Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib. Agentlik hesab edir ki, Azərbaycan banklarının özəl sektora kredit qoyuluşu 2022-ci ildəki 2,7% azalmadan sonra, bu il 2,8%, 2024-cü ildə isə 2,1% artacaq.
"Standard Poor's" həmçinin, bankların özəl sektora kredit qoyuşulunun ümumdaxili məhsulda (ÜDM) payının artacağını proqnozlaşdırıb.

Bankların sektora kredit qoyuluşunun ÜDM-ə nisbətinin 2022-ci ildə 15,6%-dən 2023-cü ildə 18,5%-ə, 2024-cü ildə isə 20,5%-ə qədər artacağını müəyyən edib.

Reytinq agentliyi bundan əlavə, Azərbaycanda həm istehlak kreditləri, həm də biznes kreditləri portfelinin ÜDM-ə nisbətinin artacağını açıqlayıb. SP-yə görə, bankların istehlak kreditləri portfelinin ÜDM-də payı 2022-ci ildəki 8,8%-dən 2023-cü ildə 10,2%-ə, 2024-cü ildə isə 11,9%-ə yüksələcək. Sektorun biznes kreditləri isə 2023-cü ildə ÜDM-in 8,3%, 2024-cü ildə isə 8,7%-nə qədər artacaq.

Qeyd edək ki, ötən il üzrə bu rəqəm 6,9% təşkil edib.