Üç peykimizin investisiya dəyəri 700 milyon manatdır.
Fins.az xəbər verir ki, bunu “Azərkosmos” İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.
“Bu investisiyanın əksər hissəsini beynəlxalq banklardan cəlb etmişik. Bunu 15%-ni hökumətimiz ödəyib. Hazırda biz o kreditləri qaytarırıq”, - deyə Saməddin Əsədov qeyd edib.