Cari ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 % artaraq 7 milyard 672,2 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, 2023-cü ilin ilk 4 ayında vergi daxilolmalarının 4 milyard 3,4 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 16,7 % çoxdur.