BİZNES

11 May

Kosmik fəaliyyətin subyektlərinin hüquqları açıqlanıb

Fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları) kosmik fəaliyyəti kosmik operator vasitəsilə həyata keçirirlər.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” qanun layihəsində əksini tapıb.

Kosmik fəaliyyətin həyata keçirilməsinə kosmik operatorla bağlanan müqavilə əsasında xarici kosmik operatorun cəlb edilməsinə yol verilir. Kosmik fəaliyyətin subyektləri beynəlxalq təşkilatların, xarici dövlətlərin və digər xarici şəxslərin kosmik obyektlərini və kosmik sənaye obyektlərini bu Qanunun məqsədləri üçün icarəyə, kirayəyə, əvəzsiz istifadəyə götürmək hüququna malikdirlər. Reyestrdə qeydiyyata alınmış kosmik obyektin digər dövlətin hava məkanında uçuşu Müqaviləyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsasən tənzimlənir.