Bu ilin yanvar-mart aylarında Azərbaycanda mobil operatorlar 262,1 milyon manat gəlir əldə edib.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur.
Bununla belə, son 1 ildə mobil telefon rabitəsi gəlirlərinin informasiya və rabitə gəlirlərindəki xüsusi çəkisi 39,5%-dən 37,8%-ə düşüb.
Zəminə Hüseyn
Fins.az