Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 9 500,8 min ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% çoxdur.
Yanvar-mart aylarında nəqletmənin 76,3%-i Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 7 244,5 min ton neft ötürülüb. Bu isə 1 il əvvələ nisbətən 8,5% çoxdur.
3 ay ərzində kəmərlə 1 020,8 min ton tranzit nefti də nəql edilib. Bu isə illik müqayisədə 15,1% azdır.
Leyla Fikrətqızı
Fins.az