BİZNES

10 May

Mayın 30-da keçiriləcək hərraca çıxarılan əmlaklar

Növbəti hərraca 40 dövlət əmlakı çıxarılıb, səhmdar cəmiyyətlərinin səhm paketinə, kiçik müəssisə və obyektə, nəqliyyat vasitəsinə sahib olmaq imkanı yaradılıb.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 30-da keçiriləcək növbəti hərraca çıxarılan 40 əmlakdan 3-ü səhmdar cəmiyyətinin səhm paketi, 12-si kiçik dövlət müəssisəsi və obyekti, 25-i isə nəqliyyat vasitəsidir.

Hərracda iştirak edəcək şəxslər təmir və nəqliyyat sahələri üzrə “Azinterservis”, “Yevlax Tikinti Quraşdırma” və “Xaçmaz Mexanizasiya Nəqliyyat” səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 65 000 manatla 886 154 manat arasında dəyişir. Dövlət əmlaklarının əksəriyyəti torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılıb.

Hərraca çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya və Çexiya istehsalıdır.

Mayın 30-da keçiriləcək hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə  //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.