BİZNES

10 May

Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlər 11% bahalaşıb

2023-cü ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4%, əvvəlki ilin aprel ayına nisbətən 10,7% artıb.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma mənzillərin icarə haqlarında, stomatoloji, bərbərxana, kosmetoloji, ictimai iaşə və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.