BİZNES

08 May

Azərbaycan MDB ölkələrinə ixracı 37% azaldıb

Azərbaycanın bu ilin birinci rübündə MDB ölkələrinə ixracı 362,5 milyon ABŞ dolları dəyərində olub.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 37% azdır.

Hesabat dövründə MDB ölkələrindən idxal 1,2 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 50,9% çoxdur.