BİZNES

08 May

Azərbaycanda 234,6 milyon ABŞ dolları məbləğində qara metal idxal olunub

Azərbaycana bu ilin yanvar-mart ayları ərzində 234,6 milyon ABŞ dolları məbləğində qara metal idxal olunub.

Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından isə 15,7 milyon dollar və ya 7,1% çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycana 218,8 milyon dollarlıq qara metal idxal edilib.