2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda bütün ticarət müəssələrində topdansatış ticarət dövriyyəsi 5 milyard 217,4 milyon manat təşkil edib.
Fins.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara əsasən xəbər verir ki, ən çox topdansatış ticarət dövriyyəsi Bakı şəhərində (4 milyard 624.1 milyon manat), ən az isə Dağlıq Şirvan iqtisadi rayonunda (4 milyon 25 min manat) olub.
Aşağıdakı cədvəldə 2023-cü ilin ilk 3 ayında Azərbaycanda iqtisadi rayonların bütün ticarət müəssisələrində topdansatış ticarət dövriyyəsi verilib.
İqtisadi rayonlar |
Topdansatış Dövriyyəsi min.manat |
Bakı şəhəri |
4624145.3 |
Abşeron-Xızı iqtisadi rayonu |
150796.2 |
Lənkəran-Astara iqtisadi rayonu |
60237.4 |
Naxçıvan Muxtar Respublikası |
58086.3 |
Qazax-Tovuz iqtisadi rayonu |
48928.8 |
Mil-Muğan iqtisadi rayonu |
40370.6 |
Mərkəzi Aran iqtisadi rayonu |
39140.8 |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
38569.8 |
Qarabağ iqtisadi rayonu |
38050.6 |
Şirvan-Salyan iqtisadi rayonu |
37305.6 |
Quba-Xaçmaz iqtisadi rayonu |
30695.6 |
Şəki-Zaqatala iqtisadi rayonu |
29733 |
Şərqi Zəngəzur iqtisadi rayonu |
17376.6 |
Dağlıq Şirvan iqtisadi rayonu |
4025.6 |