İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə ölkələrimizin iqtisadi tərəfdaşlığının gücləndirilməsi istiqamətində müzakirələr aparıb.
Fins.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov rəsmi “Facebook” səhifəsində paylaşım edib.
O qeyd edib ki, Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış biznes mühiti, sənaye, energetika, əczaçılıq, nəqliyyat, bank və digər sahələrdə əməkdaşlıq imkanları və ticarət əlaqələrinin təşviqi istiqamətində səmərəli müzakirələr aparıblar.
Fuad Mədətov
Fins.az