BİZNES

04 May

Azərbaycanda dəmir yolu ilə yük daşınması artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dəmir yolu ilə 4,4 milyon ton yük daşınıb

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% çoxdur.

Hesabat dövründə sutkada orta hesabla 460 vaqon yüklənib, 411 vaqon isə boşaldılıb, dəmir yolunun Şimal istiqaməti üzrə 23,5 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Fuad Mədətov
Fins.az