BİZNES

04 May

Azərbaycanda sərnişin daşınması artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 423,7 milyon sərnişinə xidmət göstərib.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% çoxdur.

Sərnişinlərin 87,1%-i avtomobil nəqliyyatı, 12,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Leyla Fikrətqızı
Fins.az