BİZNES

04 May

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri cüzi artıb

Bu ilin birinci rübündə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 335,1 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 0,54% artım deməkdir.

Fins.az BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci rübünün nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 157,2 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (75 şirkət üzrə) 89,8 mln. dollar xərcləyib. Bundan başqa, hesabat dövründə BP-nin 165 kiçik və orta müəssisə üzrə xərcləri 79,5 mln. dollar, 12 dövlət şirkəti üzrə xərcləri isə 8,6 mln. dollar təşkil edib.