BİZNES

26 Mart

Yeni Binalarda Enerji Səmərəliliyi - FOTO

Enerji səmərəliliyi bugünkü binalarda böyük əhəmiyyət kəsb edir. Enerji səmərəliliyinə gəldikdə, fasad və pəncərə sistemləri binaların ümumi istilik və soyutma performansında böyük rol oynayır. Yüksək keyfiyyətli izolyasiya və ümumi istilik performansını təmin edən bir çox qabaqcıl termal alüminium fasad və şüşə sistemləri mövcuddur ki, bu da dünyanın bir çox yerlərində tikinti sahəsində yeni bir faktordur və bu şüşə sistemlərini düzgün şəkildə tətbiq etmək xüsusi bacarıq tələb edir. Bu sistemlər düzgün tətbiq edildikdə, binanın termal performansı artır, rahatlıqla daxili hava keyfiyyəti təmin edilir və enerji itkisinin qarşısı alınır. Biz bu gün Bakı şəhərində bu sahənin tanınmış mütəxəssisi cənab Rövşən Cəfərov və onun komandası tərəfindən fasad və şüşələmə sistemlərinin düzgün tətbiq edilən bəzi binalar haqqında söhbət açacağıq.

Rövşən Cəfərov hündürmərtəbəli binaların şüşələmə sistemləri və ümumi fasad işləri üzrə ixtisaslaşan yüksək istedadlı azərbaycanlı memardır. O, “İstanbul Çarşı”, “Aden International”, “Alumek” və “FF Group” kimi Azərbaycanın bir çox tanınmış fasad şirkətlərində, eləcə də “Schuco”, “Reynaers”, “Fenish”, “Alucubond”, “Alcas” kimi fasad və şüşə sistemləri təminatçıları ilə işləmişdir. Hörmətli Cəfərov eyni zamanda Azərbaycanda “Kalesinterflex” yapışqan fasad sistemlərinin ilk layihəçilərindən və quraşdırıcılarından biridir. Bu, mexaniki bərkitmə tələb etməyən keramika fasad sistemidir və yalnız ikitərəfli yapışqan bant və silikon yapışdırıcı materiallardan istifadə etməklə, material "T" profilinə yapışdırılaraq montaj edilir. Rövşən Cəfərov və komandası, “Yarat” İncəsənət Mərkəzi, “Mogan Hotel”, “Time Tower” Biznes Mərkəzi, Zirə Mədəniyyət Mərkəzi, “Sapphire Plaza”, Bayraq Meydanı İnzibati Bina daxil olmaqla, bir çox mühüm binalarda alüminium şüşə sistemləri və bütün fasad işlərini uğurla quraşdıraraq təhvil verib. Bu layihələrin milli və beynəlxalq əhəmiyyətini nəzərə alaraq, Azərbaycanın dövlət rəsmiləri və Prezident İlham Əliyev açılışların bir neçəsində iştirak edərək açılış lentini kəsmişdir.

Rövşən Cəfərovun dərin memarlıq prinsiplərinə yiyələnməsi, idarəçilik və komandası ilə sıx əlaqədə olmaq bacarığı onu bu sahədə əvəzolunmaz şəxsə çevirir. Cəmiyyətə fayda verən və bu sahənin ehtiyac duyulduğu genişmiqyaslı təsirə malik olan Rövşən Cəfərov ilkin ideyadan işin icrasına və təhvil verilməsinə qədər, eləcə də, ümumi yerlərdən və landşaftdan necə istifadə edilməsinə dair xüsusi bir yaradıcı istedada malikdir ki, bu da onu əvəzolunmaz edir.

Yaşının az olmasına baxmayaraq, biz cənab Cəfərovun zəkasının ən çətin mövzularda necə tətbiq edildiyini görmüşük və o, həmişə uğurlu addımlarla kariyerasına davam edir. Memarlıq və dizayn sektorunda dərin təcrübəsinə əlavə olaraq, cənab Cəfərovun xeyirxahlıq, ədəb-ərkan kimi insani dəyərlərə olan əsas inamları və bacarıqları və bu bacarıqlarından ən çox ehtiyacı olanların xeyrinə istifadə etməkdə qarşısıalınmaz marağı onu yaradıcı bir mütəxəssis edir. O, Azərbaycanda işləyib təhvil verdiyi bəzi əsas milli əhəmiyyətli layihələri müzakirə etmək üçün mənimlə əyləşib, söhbətləşməyə tərəddüd etmədən razılıq verdi.

Cənab Cəfərovun sözlərinə görə, “Son illər şüşələmə sistemləri texnoloji inqilaba məruz qalıb. Enerji istehlakını və çirklənmə mənbələrini kəskin şəkildə azalda bilən yüksək performanslı, enerjiyə qənaət edən pəncərə və fasad sistemləri artıq mövcuddur: onlar daha az istilik itkisinə, daha az hava sızmasına və rahatlığı təkmilləşdirən və kondensasiyanı minimuma endirən daha isti pəncərə səthlərinə malikdir. Bu yüksək performanslı şüşə fasad sistemləri iki və ya üçqat şüşələrdən ibarətdir və xüsusi şəffaf örtüklər, şüşələr arasında sıxışdırılmış izolyasiya qazı və təkmilləşdirilmiş çərçivələr sayəsində yüksək performansı təşkil edir. Bütün bu xüsusiyyətlər istilik ötürülməsini azaldır və bununla da pəncərələr vasitəsilə itirilmiş enerjini minimuma endirir”.

Elə buna görə də ondan soruşdum: "Pəncərə və şüşə sistemlərinin xüsusiyyətləri nəyə görə vacibdir?"

Cənab Cəfərov şəxsən rəhbərlik etdiyi layihələrdən birini qeyd edərək açıqladı: “Bütün binaların enerji səmərəliliyi və iç məkan hava rahatlığı üçün pəncərə və şüşə sistemlərinin düzgün və dəqiqliklə seçilməsi vacibdir. Fasad yükünün üstünlük təşkil etdiyi strukturlarda (məsələn, yaşayış binalarında) optimal pəncərə dizaynı və şüşələrin xüsusiyyətləri enerji istehlakını əksər iqlimlərdə qəbul edilmiş normadan 10%-50% aşağı sala bilər. Daxili yükün üstünlük təşkil etdiyi kommersiya, sənaye və müəssisə binalarında düzgün müəyyən edilmiş şüşələmə sistemləri işıqlandırma, isitmə, havalandırma və soyutma xərclərini 10%-40% azaltmaq potensialına malikdir.

Cənab Cəfərov açıqlamasını davam etdirərək qeyd edir: “Məsələn, biz Bayraq Meydanı İnzibati Binası layihəsində yaxınlıqdakı oxşar miqyaslı binalarla müqayisədə enerji sərfiyyatını 35%-ə qədər azaldan və binanın ümumi istilik göstəricilərini təkmilləşdirən üçqat termal şüşəli sistemdən istifadə etdik. “Sapphire Plaza”, “Time Tower Business Center”, “Mogan Hotel” və başqa layihələrimizdə laminatlı ikiqat şüşəli sistemlər quraşdırdıq. Bu sistem daha çox təbii işıq verən və istilik sərfiyyatını azaldan və daha böyük şüşə panellərdən istifadə etməyə imkan verir. Bu sistemdə tək panelli 8 mm təmpərli daxili şüşə və 6 mm+6 mm laminatlı temperli xarici panelər var. Hündürmərtəbəli binalarda bu sistemin daha bir üstünlüyü ondan ibarətdir ki, yüksək istiliklə təmpərlənmiş laminat istehsal xüsusiyyətlərinə görə şüşə sındıqda, çərçivədə qalır və parçalanaraq yerə düşmür”.

Cənab Cəfərov hətta masasının üzərində olan şüşə xüsusiyyətlərini, onların enerji sərfiyyatını və binanın ümumi performansında rol oynayan məlumatı bizimlə paylaşdı.

NÜMUNƏVİ ŞÜŞƏ XÜSUSİYYƏTLƏRİ