BİZNES

02 May

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Aprelin 28-də Azərbaycan Mərkəzi Bankınını valyuta ehtiyaları 9 milyard 189.2 milyon dollar təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu isə əvvəlki göstərici ilə müqayisədə 56,2 milyon dollar çoxdur .

Qeyd edək ki, martın 31-də Mərkəzi Bankın valyuta ehtiyatları 9 milyard 133 milyon dollar təşkil etmişdi.