BİZNES

01 May

Bu gün Azərbaycanda avtomobil istehsalı üzrə zavodun təməli qoyulacaq

Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Özbəkistanın birgə Avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun təməli qoyulacaq.

Fins.az xəbər verir ki, bu barədə ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulov məlumat verib.

O bildirib ki, Hacıqabul Sənaye parkında iki istehsal müəssisəsinin – qaynaq və boyama fabriklərinin təməlqoyma mərasimində iştirak edəcək: "Hər iki müəssisə Azərbaycanda avtomobil istehsalının lokallaşdırılması istiqamətində növbəti addım olmaqla sənayenin bu sahəsinin inkişafına töhfə verəcək".