BİZNES

28 Aprel

“Azərkosmos”un I rübdə əldə etdiyi gəlir açıqlanıb

Cari ilin yanvar-mart aylarında “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” dünyanın 40 ölkəsinə 5,4 mln. dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Bu barədə Fins.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

“Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80%-ni təşkil edib. 2023-cü ilin mart ayında isə “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” dünyanın 39 ölkəsinə 1,8 mln. dolları dəyərində xidmət ixrac edib.

Cari ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 1,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1 mln. dollar ilə Lüksemburq, 805,7 min dollar. ilə Fransa, 446 min dollar ilə BƏƏ və 252,5 min dollar ilə Almaniya qərarlaşıb.