Cari ilin yanvar-mart aylarında Naxçıvanda 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Fins.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bunların 87,6%-i fiziki şəxslər, 12,4%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 36 dəfə artıb.
Cari ilin birinci rübündə kommersiya qurumlarının 40%-i elektron qaydada, 60%-i kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.