BİZNES

26 Aprel

16 və 23 may tarixlərində özəlləşdirmə hərracları keçiriləcək

Hərrac vasitəsilə əmlak almaq istəyənlər üçün seçim imkanı geniş, prosedurlar sadədir. Növbəti hərraclara 57 əmlak çıxarılacaq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Fins.az-a verilən məlumata görə, mayın 16-da təşkil olunacaq hərraca 8 kiçik dövlət müəssisəsi, 24 avtomobil çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri, mağaza da var. Nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya və Yaponiya istehsalıdır.

Mayın 23-də keçiriləcək hərraca 3 səhmdar cəmiyyətin səhm paketi, 22 nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılan səhmdar cəmiyyətləri inşaat, sənaye sahələrinə aiddir. Bu səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.