BİZNES

25 Aprel

Əsas hədəfimiz KOB-ların qeyri-neft sektorunda payının 35 faizə çatdırılmasıdır - Orxan Məmmədov

Əsas hədəfimiz 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasından irəli gələrik KOB-ların qeyri-neft/qaz sektorunda ÜDM-dəki payının 35%-ə, məşğulluqda payının isə 60%-ə yüksəldilməsinə nail olmaqdır.

Fins.az xəbər verir ki, bunu bu gün "Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı" mövzusunda konfransda KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

"Bu məqsədlə yaranmış yeni iqtisadi reallıqlara çevik reaksiyanın verilməsi və strateji fəaliyyət gündəliyimizə yeni elementlərin daxil edilməsi olduqca vacibdir. Belə ki, bizneslərin rəqəmsal və yaşıl transformasiyası məsələlərinin sahibkarlıq subyektlərinin dayanıqlığının və rəqabət qabiliyyətinin artırılması, eləcə də qlobal dəyər zənciri sisteminə daha geniş inteqrasiyası baxımından mühüm əhəmiyyəti nəzərə alınaraq, qarşıdakı dövrlərdə sözügedən istiqamətlərdə işlərin genişləndirilməsini və yeni təşəbbüslərin həyata keçirilməsini hədəfləyirik", - KOBİA sədri əlavə edib.