BİZNES

25 Aprel

Azərbaycanda sənaye zonalarına yatırılan vəsaitlərin ümumi həcmi 6.5 mlrd. manat olub - Sahib Ələkbərov

Bu gün "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfrans keçirilib.

Fins.az xəbər verir ki, konfransda iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxış edərək bildirib ki, Sumqayıt kimya sənaye parkının rezidentləri indiyə qədər 7 mlrd. 366 milyon manat dəyərində məhsul istehsal edib. Onun da 2 mlrd. 674 milyon manatını xaricə ixrac edib. Təkcə 2022- ci ildə satış 2 mlrd. 711 milyon manat, ixrac isə 1 mlrd. 39 milyon manat olub:

"Hazırda ölkəmizdə 7 sənaye parkı, 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilir. İndiyə qədər sənaye zonalarına yatırılan vəsaitlərin ümumi həcmi 6.5 mlrd manat olub. Burada 10100 dən çox daimi iş yeri mövcuddur."