BİZNES

25 Aprel

Kiçik və orta biznes Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayır - Xalid Əhədov

Kiçik və orta biznes (KOB) ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır.
 
Fins.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov çərşənbə axşamı "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib.
 
Onun sözlərinə görə, müasir Azərbaycan sahibkarlıq fəaliyyətinin mühüm rol oynadığı yeni iqtisadi inkişaf modeli formalaşdırıb.
 
"Ölkədə sahibkarlıq sahəsinin inkişafı üzrə işlər davam edir. Bu işlər 90-cı illərdən bəri görülməkdədir və bu gün sahibkarlığın iqtisadiyyatımızın inkişafının təkanverici qüvvəsi olduğunu görürük", - o deyib.
 
X.Əhədov "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində KOB sahəsinə böyük diqqət ayrıldığını bildirib.
 
"Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası və tikintisi üzrə irimiqyaslı işlər görülməkdədir və sahibkarlıq subyektləri burada böyük rol oynayır. Hökumətimiz bundan sonra da özəl biznes sektoruna, o cümlədən dövlət-özəl tərəfdaşlığına xüsusi diqqət ayırmağa davam edəcək", - deyə o əlavə edib.