BİZNES

20 Aprel

Azərbaycanda benzin və dizel istehsalı artıb

Azərbaycanda bu ilin yanvar-mart aylarında neft məhsullarının istehsalının dəyəri 1070 milyon manat təşkil edib. Bu da 2022-ci ilin eyni ayları ilə müqayisədə 0,5% çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31,6%, neft koksunun istehsalı 17,8%, avtomobil benzininin istehsalı 6,2%, qazoylların (dizel yanacağının) istehsalı 5,2% artıb, ağ neft istehsalı 2,3%, neft bitumu istehsalı 44,9%, mazut istehsalı isə 91% azalıbdır.