BİZNES

20 Aprel

Ötən il fiziki şəxslərin taksi ilə sərnişin daşınmasında payı 59% təşkil edib

Ötən il sərnişin daşınmasında ən böyük pay sahibi olan avtomobil nəqliyyatında nəqliyyat növləri üzrə daşınan sərnişin sayı açıqlanıb.

Fins.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, avtomobil nəqliyyatında ən çox sərnişin daşınması avtobuslara aiddir.

Belə ki, qeyd olunan dövrdə ümumilikdə 1 mlrd. 321 mln. 206 min sərnişin daşınıb ki, bunun da 557 mln. 961 min nəfəri fərdi sahibkarlara məxsus marşrut xətləri ilə daşınıb.

Bu nəqliyyat növlərində sərnişin daşınması üzrə digər yüksək göstərici taksi nəqliyyatına aiddir. Ötən il taksilər vasitəsilə 83 mln. 814 min sərnişin daşınıb ki, bunun da 49 mln. 569 mini fiziki şəxslərin payına düşür.