İnsan resurslarının inkişaf etdirilməsi üçün müstəqilliyimizin ilk illərində neft gəlirlərinin idarə olunması üzrə strategiya qəbul edilib.
Fins.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev Bakıda keçirilən "Global HR Summit 2023” tədbirində deyib.
O qeyd edib ki, "Qara qızıl"ın insan qızılına çevrilməsi üçün həmin strategiyada mühüm tədbirlər öz əksini tapıb:
"Qarşıdan gələn dördüncü və beşinci sənaye inqilablarında da, işəgötürənlərin işçiləri düzgün vəzifəyə götürməsi, insan kapitalının inkişaf etdirilməsi və əmək bazarındakı iştirakçılara təqdim olunması koordinasiyalı şəkildə həyata keçirilməlidir. Bu, gələcəkdə həmin ölkənin inkişafını müəyyən edəcək. Məhz insanların kadr potensialının düzgün yerləşdirilməsi ilə növbəti dövrdə bizim inkişafımız öz həllini tapacaq və bütün dünyada inkişaf etmiş ölkələrin müasir standartlarına uyğun olacaq."
Fuad Mədətov
Fins.az