BİZNES

19 Aprel

Azərbaycanda ödəniş kartları 18% artıb

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 2023-cü ilin mart ayının sonunda ötən aya nəzərən 226 min ədəd artaraq 13 milyon 880 min ədəd təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 17.9% artıb.

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, ödəniş kartlarında artım debet kartları üzrə 16.6%, kredit kartları üzrə 27% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 116 min, kredit kartları 407 min, digər kartlar isə 1.5 mln. ədəd artıb.