Bu ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 466,4 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 68,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,9% artıb, kimya sənayesi məhsullarının istehsalı isə 11,2% azalıb.
Məlumata görə, kimya sənayesi məhsullarından karbamid istehsalı 34,3%, metanol (metil spirti) istehsalı 48,8% azalıb, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 72%, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı isə 49,5%, plastmas, çubuqlar, millər və profillərin istehsalı isə 38% artıb.