BİZNES

18 Aprel

İcmal büdcənin gəlirləri və xərcləri çoxalıb

2023-cü ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 15557,7 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7597,4 milyon manat və ya 95,4 faiz çoxdur.

Fins.az Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, icmal büdcənin xərcləri isə 7487,9 milyon manat icra olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1178,8 milyon manat və ya 18,7 faiz çoxdur. İcmal büdcədə 8069,8 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Fuad Mədətov
Fins.az