BİZNES

14 Aprel

Azərbaycanın meyvə-tərəvəz ixracı 8% azalıb

Cari ilin yanvar-mart aylarında Azərbaycandan 114 mln. 940 min dollar dəyərində 90 min 893 ton meyvə-tərəvəz ixrac olunub.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6.3% və ya 6 min 140 ton, məbləğ baxımından isə 8% və ya 9 mln. 998 min dollar azdır.

Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat(24491 ton), meşə fındığı(7823 ton), alma(22240 ton), xurma(20247 ton), kartof(1164 ton) və nar(5831 ton) olub.

Xatırladaq ki, bu ilin ilk 3 ayında meyvə-tərəvəz ixracı Azərbaycanın qeyri-neft sektoru üzrə ixracındakı payının 12.60%-ni təşkil edib