BİZNES

14 Aprel

KOBİA sədri və Səudiyyə Ərəbistanının təhsil naziri, KOB Bankının sədri arasında görüş keçirilib - FOTO

KOBİA sədri və Səudiyyə Ərəbistanının təhsil naziri, KOB Bankının İdarə Heyətinin sədri arasındakı görüşdə KOB subyektlərinin maliyyə resurslarına çıxışı, bu sahədə Azərbaycan və Səudiyyə Ərəbistanının təcrübəsinə dair fikir mübadiləsi aparılıb.

Fins.az xəbər verir ki, Ər-Riyad şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının təhsil naziri, KOB Bankının İdarə Heyətinin sədri Yousef Al-Benyan ilə görüşüb.

Görüşdə KOB subyektlərinin maliyyə resurslarına çıxışı, bu sahədə Azərbaycan və Səudiyyə Ərəbistanının təcrübəsi və dəstək mexanizmləri barədə fikr mübadiləsi aparılıb, KOBİA-nın KOB-lara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.