BİZNES

13 Aprel

Mart ayında 195-1 Çağrı Mərkəzinə 42 mindən çox  müraciət  daxil olub

2023-cü ilin mart ayı ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə ümumilikdə, 42331 müraciət daxil olub.

Fins.az xəbər verir ki, bu müraciətlərin 36 minə yaxını canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə ümumilikdə, 42 mindən çox müraciət olub.

Müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, vergi ödəyicisinin hüquq və vəzifələri, istehlakçı hüquqları, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.