“Gül Bazar” şirkəti 2020-ci ildən fəaliyyətə başlayıb. Əsasən topdan satış şirkət kimi fəaliyyət göstərən “Gül bazar” həftənin 7 günü 24 saat ərzində xidmət göstərilir.
Bu barədə Fins.az-a şirkətin biznesin inkişafı üzrə müdiri Anar Məmmdov məlumat verib. O, qeyd edib ki, şirkət Bakı şəhəri üzrə pərakəndə satış bazarının təxminən 30-40 faizini təşkil edir:
“Hazırkı layihəmiz yeni bazarın açılmasıyla bağlıdır. Yeni bazar dedikdə, burada pərakəndə satışa üstünlük verən müştərilər nəzərdə tutulur. Həmin müştərilər üçün çox sadə şərtlər yaradırıq ki, tər güllərə sahib olsunlar. Biri-birindən gözəl və ətirli gülləri korporativ müştərilərə və öz müştərilərimizə təqdim edə bilirik. Bu səbəblə biz 2022-ci ildə pərakəndə satış dükanları açmağı qərara almışıq. Həmin dükanlar “Şərq bazarı”, Azadlıq prospekti və Əhmədli qəsəbəsində yerləşir.”
A.Məmmədov onu da vurğulayıb ki, son 1 ay müddətində “Bravo” supermarketlər şəbəkəsiylə yeni bir layihəyə başlanılıb:
“Hazırda erkən olduğu üçün layihəylə bağlı bir qədər intizarda saxlmalı olacağam. Qısa deyə bilərm ki, “Bravo” supermarketlər şəbəkəsində bizim filialların açılması planlaşdırılır.”
Əsasən iki böyük şirkətinin rəsmi distrübyutoru olduqlarını deyən A.Məmmədov söyləyib ki, hazırda əsas istəkləri pərakənda satışla hər bir insana yüksək səviyyədə xidmət göstərməkdir:
““AZROSE” və “AZAQRO” şirkətləriylə çalışırıq ki, onlar da Azərbaycanda gül istehsalçısı olan 3-4 şirkətlərdən biridirlər. Bundan başqa, özümüz də xarici ölkələrdən müxtəlif növ güllər idxal edirik.”
ÜNVANLAR:
Narimanov rayonu, Qarabağ küçəsi 47.
Telefon: (+994 77) 451 01 05
Instagram: "Gül Bazar Nərimanov"
Xətai rayounu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi. (KATV-nin yanı)
Telefon: (+994 70) 565 56 55
Instagram: "Gül Bazar Əhmədli"
Nəsimi rayonu, Azadlıq prospekti 100c. (ABŞ səfirliyinin yaxınlığı)
Telefon: (+994 55) 498 88 08
Instagram: "Gül Bazar Azadlıq"
Fuad Mədətov
Fins.az