BİZNES

13 Aprel

Kriptovalyutalara "inflyasiya" təsiri

ABŞ-ın inflyasiya məlumatlarından sonra "Bitcoin" əvvəlcə 29 990 dollardan 30 480 dollara qalxıb, sonra axşam saatlarında 29 900 dolların altına enib. Bu səhər 30.000 dollardan çox satılıb.

Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, son dalğalanmalara baxmayaraq, Bitcoin son bir həftədə dollar ifadəsində 7,1% dəyər qazanıb.

"Ethereum" isə Şanxay yeniləməsinin təsiri ilə son 24 saatda 2,56% artaraq 1915 dollara çatıb. "Binance Coin" 0,3 % , "Cardano" (ADA) 3,8 % , "Dogecoin" isə 2,1 % bahalaşıb.

Zəminə Hüseyn
Fins.az