BİZNES

12 Aprel

Azərbaycanın düyü idxalına çəkdiyi xərc 54%-dək artıb

Azərbaycan bu ilin yanvar-fevral aylarında düyü idxalına 13.9 milyon dollar xərc çəkib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 53.6% və ya 4,8 mln. dollar çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,53%-ni təşkil edib.

Əlavə edək ki, 2022-ci ilin eyni dövründə ölkəyə idxal edilən düyü 9 milyon dollar dəyərində olub.