Beynəlxalq avtomobil daşımalarındakı inkişaf, milli daşıyıcıların bazar payının artırılması məqsədilə görülən tədbirlər bu sahəyə yeni sərmayələrin cəlb edilməsi ilə nəticələnib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Fins.az-a verilən məlumata görə, ölkəyə idxal olunan dartıcıların (TIR-ların) və qoşquların sayındakı kəskin artım bunun göstəricisidir.
RİNN-nin təqdim etdiyi statistikaya əsasən, 2023-cü ilin I rübündə Azərbaycana idxal olunan dartıcıların sayı 1229, qoşqu və yarımqoşquların sayı 1208 ədəd təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dartıcıların sayında 193 faiz, qoşqu və yarımqoşquların sayında isə 225 faiz artım olub. Belə ki, 2022-ci ilin I rübündə 420 dartıcı, 371 qoşqu və yarımqoşqu ölkəyə idxal olunub.