BİZNES

12 Aprel

Balaxanı Sənaye Parkının rezidenti xalis mənfəətini 51% artırıb

İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC-nin Balaxanı Sənaye Parkının rezidenti - "Exol Azerbaijan" QSC 2022-ci ili 2,655 milyon manat xalis mənfəətlə başa vurub. 

Fins.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 50,8% çoxdur. 

Ötən il "Exol Azerbaijan"ın 7,231 milyon manat (əvvəlki ilə nisbətən 12,65% çox). satışının maya dəyəri 4,399 milyon manat (4,7% çox), digər əməliyyat gəlirləri 23 min manat (47,3% az), inzibati xərcləri 195 min manat (54,9% az), maliyyə xərcləri isə 5 min manat (70% çox) təşkil edib. 

Bu il yanvarın 1-nə "Exol Azerbaijan"ın aktivləri 2,437 milyon manat olub ki, bu da illik müqayisədə 33,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 38,6% artaraq 1,918 milyon manata, balans kapitalı isə 18,2% artaraq 519 min manata çatıb. 

Xatırladaq ki, "Exol Azerbaijan" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 min manatdır.